Robot “​intihar etdi” - Dünyada ilk + Fotolar

robot-intihar-etdi
Oxunma sayı: 658

ABŞ-da “Knightscope K5” adlı təhlükəsizlik robotu özünü suya ataraq intihar edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Vaşinqton şəhərində iş mərkəzlərindən birində baş verib.

Robot kənardan müdaxilə ilə deyil, öz “əlləri” ilə fəaliyyətini dayandırıb və suya aşıb.

Bununla da “Knightscope K5” “intihar edən” ilk robot kimi də tarixə düşüb.