Robot poçtalyonlar işə başlayır

robot-poctalyonlar-ise-baslayir
Oxunma sayı: 1224

Bad-Hersfeld şəhərinin meri eksperimental infrastruktur layihəsinin reallaşdırılmasına yaşıl işıq yandırıb.

“Qafqazinfo” ICTnews-a istinadən xəbər verir ki, yaxın 6 həftə ərzində DHL çatdırma xidmətinin poçtalyon və əməkdaşları robotlarla birgə işləməyə başlayacaq.

Avtonom işləyən maşınlar şəhərin küçələrində sərbəst hərəkət edərək bağlamaları çatdıracaqlar.

DHL şirkəti innovasiya və cəsarətli qərarlara istəyini açıq şəkildə nümayiş etdirir. Cari payızda avtonom maşınlar parkının yaradılmasına start verilib və ilk maşınlar “Parcelcopter” və “PostBOT” robotları olub. Biri uçur, ikincisi hərəkət edir və hər ikisi maşın təlimi bacarıqlarından istifadə edərək bağlamaları çatdırır.

“PostBOT” dronu 150 kq yükqaldırma qabiliyyətinə malik nəqliyyat vasitəsidir. Dron ərazi üzrə istiqamətlənmə sistemi ilə təchiz edilib: robot ilk dəfə poçtalyonun ayaqlarına baxaraq marşrutu izləyir, bundan sonra bu yolu sərbəst gedə bilir. Robotun hündürlüyü 150 sm-dir, sürəti saatda 6 km/saat təşkil edir və maneələrin ətrafından keçməyi öyrənir. “PostBOT” dronunun əsas vəzifəsi bağlamanı göstərilən koordinatlar üzrə çatdırmaqdır.