Rohinca müsəlmanları bu ölkədən də qovulur

rohinca-muselmanlari-bu-olkeden-de-qovulur
Oxunma sayı: 2254

Hindistanın işğalı altında olan Cammu Kəşmir bölgəsində yaşayan Rohinca müsəlmanlarının qovulması tələb edilir.

“Qafqazinfo” “Dünya bülleteni”nə istinadən xəbər verir ki, bunu Hindistanın milliyətçi rəhbəri Rajiv Mahajan hökumətdən tələb edib.

O, rohincaların bölgədə milli və regional təhlükə yaratdığını əsas gətirərək onların ölkədən çıxarılmasını istəyib:

“Hər an partlayacaq “yanar dağın” üzərində otururuq. Mərkəzi və yerli hökumət qanunsuz miqrantları müəyyənləşdirməli və deportasiya etmək üçün çalışmalıdır. Rohincalar xalqımız üçün təhlükədir”.

Qeyd edək ki, Myanmada buddist hökumətin zülmündən qaçan rohincalar Banlqadeşlə yanaşı, Cammu Kəşmir bölgəsində meşəlik ərazilərə sığınmışdı.