Rok ulduzu komaya düşüb - Yenilənib

Rok ulduzu komaya düşüb
Oxunma sayı: 741

Amerikalı rokçu Tom Petti dünyasını dəyişib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Kaliforniyadakı evində huşunu itirmiş vəziyyətdə tapılan 66 yaşlı rok ifaçısı dərhal xəstəxanaya yerləşdirilib.

Lakin, bütün cəhdlərə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, Pettinin ölümünə infarkt səbəb olub.

***

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, rok-ifaçısı Tom Petti hazırda süni nəfəs aparatına qoşulub. Onun koma vəziyyətində olduğu bildirilib.

Daha əvvəl 66 yaşlı T.Pettinin vəfat etməsi barədə xəbər yayılmışdı.

Qeyd edək ki, Tom Petti ötən axşam Kaliforniya ştatının Malibu şəhərindəki evində huşsuz vəziyyətdə aşkarlanıb.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi