Roma papası Qüdsə görə ABŞ-a qarşı çıxdı

roma-papasi-qudse-gore-abs-a-qarsi-cixdi
Oxunma sayı: 3842

Katolik dünyasının ruhani lideri Papa Fransis ABŞ prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıyacağı barədə açıqlamasından narahatlığını dilə gətirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, I Fransisk İsrail və ABŞ-a çağırış edərək bölgədə sabitliyi pozmamağa dəvət edib.

O deyib ki, Qüdsün paytaxt kimi tanınması və ABŞ səfirliyinin oraya köçürülməsi regionda yeni gərginliyin yaranmasına səbəb ola bilər.

Qeyd edək ki, Trampın Qüdslə bağlı açıqlamasının dekabrın 6-da olacağı bildirilib.