Roma Papasına keşişlər etiraz etdi

roma-papasina-kesisler-etiraz-etdi-
Oxunma sayı: 644

“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, XVI Benediktin sabah "Dünya Gənclik Günü" münasibətilə Madridə edəcəyi səfərin xərcləri ölkədə skandal yaradıb. İspaniyanın iqtisadi böhranla çarpışdığı, gənclərin işsizlik üzündən meydanlara axışdığı bir dövrdə təxminən 72 milyon dollara başa gələcəyi gözlənilən səfərin ispanlar tərəfindən ödəniləcəyinə etiraz edən 120 rahib, Papanın gəlişinin əleyhinə imza kampaniyasına başlayıblar.
Rahiblər eyni zamanda, Papanın səfər xərclərinin dövlət tərəfindən ödənilməsinin ölkənin dünyəvilik prinsipinə zidd olduğunu söyləyirlər. Papanın səfər xərclərinin İspaniya hökuməti tərəfindən ödənilməsinə etiraz edən din xadimlərinin başında dayanan rahib Eubilio Rodriguez deyib ki, bu qədər bahalı səfər kilsəni də gözdən salır. Eyni zamanda, ispaniyalı gənclərin də bu gün Papanın səfərinə etiraz olaraq nümayiş təşkil edəcəkləri gözlənilir.
Təxminən 1 milyon katolikin qatıldığı “Dünya Gənclik Günü” hər üç ildən bir, müxtəlif ölkədə təşkil edilir.