“Roma” və “Sevilya” 1/4 finalda - Video

“Roma” və “Sevilya” 1/4 finalda
Oxunma sayı: 1450

Çempionlar Liqasında 1/8 mərhələsinin cavab oyunları davam edir.

“Qafqazinfo” xəbər verir ki, bu gün keçirilən görüşlərlə daha iki 1/4 finalçı müəyyənləşib.

“Roma” öz meydanında “Şaxtyor”u qəbul edib. Qarşılaşma ev sahiblərinin mininal hesablı qələbəsi ilə yekunlaşıb.

Digər görüşdə isə “Mançester Yunayted” “Sevilya” arasında keçirilib. Joze Mourinyonun komandası gözlənilmədən doğma meydanda 2-1 hesabı ilə məğlub olub. Nəticədə Çempionlaq Liqası ilə vidalaşıb.

Qeyd edək ki, sabah keçiriləcək iki qarşılaşma ilə 1/4 finalın bütün iştirakçıları müəyyənləşəcək.

1/8 final (cavab oyunları)

“Roma” (İtaliya) – “Şaxtyor” (Ukrayna) 1:0

Qol: Dzeko, 52

İlk oyun - 1:2

 

“Mançester Yunayted” (İngiltərə) – “Sevilya” (İspaniya) 1:2

Qollar: Ben Yedder, 74 (0:1); 78 (0:2), Lukaku, 84 (1:2)

İlk oyun – 0:0

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi