Romada futbol azarkeşlərinin olduğu eskalator çökdü - 30 yaralı+Video

romada-futbol-azarkeslerinin-oldugu-eskalator-cokdu
Oxunma sayı: 2423

Romada “Reppublika” metro stansiyasında eskalator qəzası baş verib.

“Qafqazinfo” “BBC”yə istinadən xəbər verir ki, eskalatorun çökməsi nəticəsində 30 nəfər yaralanıb. Onlardan 7-sinin vəziyyəti ağır, 5-nin orta ağır, 18-nin isə yüngüldür. Yaralılardan birinin ayağı amputasiya edilib.

Yaralılar Olimpiya stadionuna Rusiyanın “Mərkəzi Ordu İdman Klubu” ilə “Roma” matçını izləməyə gedənlər olub. Onlardan əksəriyyətinin Rusiya vətəndaşı olduğu bildirilir.