Romada göldə boğulan tələbənin nəşi hələ də tapılmayıb

romada-golde-bogulan-telebenin-nesi-hele-de-tapilmayib
Oxunma sayı: 4549

İyunun 2-də İtaliyanın Roma şəhərində göldə çimərkən boğulub ölən tələbə Elnur Babayevin atası mediaya müraciət edib.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, Rafiq Babayev bildirib ki, Azərbaycanda bəzi media qurumları E.Babayevin meyitinin tapılıb ailəsinə verilməsi barədə yanlış məlumatlar yayıblar: “Mən iyunun 4-dən burdayam, axtarışlar aparılır. Azərbaycan səfirliyi və konsulluğu, burada oxuyan tələbələr tərəfindən yardım edilir. Amma mən istəyən nəticə yoxdur. Çünki işlər biz istəyən dərəcədə aparılmır. Bizə kömək etmək istəyirsinizsə, Azərbaycan dövlət qurumlarına müraciət edib, onlar da burdakı qurumlara bildirsinlər ki, bizə lazımı kömək edilsin.

Mediaya düzgün məlumatı ancaq mən verə bilərəm. Nəsə yazmaq istəyəndə mənimlə dəqiqləşdirim. Bir daha hansısa sayt yalan məlumat yayarsa, onlar barəsində qanun çərçivəsində addım atacağam”.