Romada güclü yağış, küçə və metroları su basdı - Video

romada-guclu-yagis-kuce-ve-metrolari-su-basdi
Oxunma sayı: 1741

İtaliyanın paytaxtı Roma dolu yağışı ucbatından su altında qalıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki,  paytaxtın mərkəzi küçələrindən olan Palmiro Tolyattidə suyun səviyyəsi bir metrə çatıb, 6 metro stansiyası bağlanıb.

Romanın tarixi Müqəddəs Sebastyan məscidinin içərisinə də su dolub. Şəhərin meri Virciniya Raci feysbuk hesabında sakinlərə müraciət edərək əlverişsiz hava şəraiti nəticəsində yaranan çətinliklərə görə üzr istəyib: “Bu gecə Romaya düşən güclü dolu, tufan nəticəsində bir sıra məhəllələri su basıb. Köməyə könüllülər, mülki müdafiə əməkdaşları, polis, yol xidməti və yanğınsöndürənlər gəlib. Biz narahatlığa görə üzr istəyirik”.

Aysel Kərimova