Roman Qolovçenko Müdafiə Sənayesi Nazirliyinin stendində

roman-qolovcenko-mudafie-senayesi-nazirliyinin-stendinde
Oxunma sayı: 1196

Mayın 17-də Minskdə keçirilən “MILEX-2019” IX beynəlxalq silah və hərbi texnika sərgisində Belarus Dövlət Hərbi-Sənaye Komitəsinin sədri Roman Qolovçenko Müdafiə Sənayesi Nazirliyinin stendini ziyarət edib. 

"Qafqazinfo" xəbər verir ki, nazirliyin stendində olan komitə sədri nümayiş etdirilən məmulatları böyük maraqla izləyib.

Ziyarət zamanı Müdafiə Sənayesi Nazirliyinin nümayəndələri ilə görüşən Roman Qolovçenko “MILEX-2019” sərgisində Azərbaycanın stendlə təmsil olunmasından məmnun olduğunu ifadə edib.

Qeyd edək ki, “MILEX-2019” sərgisi öz işini mayın 18-də yekunlaşdıracaq.