Ronaldinyo Braziliya yığmasına qayıdır

Ronaldinyo Braziliya yığmasına qayıdır
Oxunma sayı: 1409

Məşhur futbolçu Ronaldinyo futzal üzrə Braziliya yığmasının heyətinə daxil edilə bilər.

"Qafqazinfo" xəbər verir ki, bu barədə APA “GloboEsporte” istinadən məlumat verib.

Məlumata əsasən, sabiq “Milan” və “Barselona” klubunun hücumçusu artıq Braziliya millisinin lideri Falkao ilə komandaya qoşulmasını müzakirə edib. Bundan əvvəl Ronaldinyo Hindistanda futzal yarışlarında gücünü sınayıb. O, 2016-cı ildə Hindistanın futzal üzrə Premyer liqasının “Qoa” komandasında çıxış edib.

Qeyd edək ki, ilin əvvəlində 37 yaşlı Ronaldinyo “Barselona” futbol klubunun səfiri təyin olunub.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi