Ronaldinyo karyerasını başa vurdu

ronaldinyo-karyerasini-basa-vurdu
Oxunma sayı: 1247

Braziliya yığmasının sabiq futbolçusu Ronaldinyo 37 yaşında karyerasını başa vurub.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bu barədə “Globo Esporte”yə onun agenti və eyni zamanda qardaşı Roberto De Assis bildirib.

“O karyerasını başa vurdu. Biz avqustda 2018-ci il Dünya Çempionatından sonra onun üçün əhəmiyyətli bir şey edəcəyik. Braziliya, Avropa və Asiyada müxtəlif tədbirlər keçirəcəyik və, təbii Braziliya yığmasının iştirakı ilə matç təşkil edəcəyik”,-deyə Assis söyləyib.

Braziliyalı futbolçu PSJ,  “Barselona”, “Milan” komandalarında çıxış edib. O, iki dəfə İspaniya (2005, 2006) və bir dəfə İtaliya çempionu (2011) olub. "Barselona"nın tərkibində 2006-cı ildə Çempionlar Liqasının qalibi olub. 2005-di ildə “Qızıl top” mükafatını alıb.

2002-ci ildə isə Braziliya yığması ilə dünya çempionu olub. Yığmada 96 oyun keçirən futbolçu 33 qol vurub.