Ronaldinyo qəzaya düşdü

ronaldinyo-qezaya-dusdu
Oxunma sayı: 706

“Qafqazinfo” xəbər verir ki, futbolçu “Porsche” markalı avtomobili ilə bir başqa maşınla toqquşub. Ronaldinyoda qəza yaralanmasa da, digər avtomobildəki 71 yaşındakı qadında müəyyən zədələrin olduğu bildirilib.

Polisin verdiyi açıqlamaya görə, qəzaya səbəb Ronaldinyonun avtomobili yüksək sürətlə (120km/saat) idarə etməsi olub.
Futbolçu isə rəsmi “twitter” hesabında qəzadan nə qədər qorxduğu ilə bağlı məlumatlar paylaşıb: “Tanrıya şükür ki, kimsə ciddi zədə almayıb. Sürücüm ilə maşındaydıq və o məndən daha çox qorxub”.

Sevinc