Ronaldinyo siyasətə qoşulur

ronaldinyo-siyasete-qosulur
Oxunma sayı: 1332

Braziliyanın əfsanəvi futbolçularından olan Ronaldinyo siyasətlə məşğul olmaq qərarına gəlib.

“Qafqazinfo” Goal-a istinadən xəbər verir ki, 37 yaşlı futbolçu Jair Bolsonaronun rəhbərlik etdiyi “Sosial-xristian partiyası”nın üzvü kimi Braziliya senatına namizədliyini irəli sürməyə hazırlaşır.

Ronaldinyo 2018-ci ilin martında keçiriləcək seçkilərdə Minas-Jerais ştatından namizəd olacaq. Bunun üçün partiyanın onun sənədlərini rəsmən təsdiqlənməsi lazımdır.

Qeyd edək ki, “Sosial xristian”lar eynicinsli nikah, hərbi siyasət və ölüm hökmü məsələsində hazırki hakimiyyətlə əks qütblərdə dayanırlar. Partiyanın sədri Bolsonaro özünü ABŞ prezidenti Donald Trampla müqayisə edir. Onun qadınlar və LGTB barədə bəzi fikirləri qarşı etirazlar doğurur.

Ronaldinyo siyasətə can atan ilk braziliyalı futbolçu deyil. Braziliya millisi ilə 1994-cü ildə dünya çempionu olan Romario artıq senat kimi fəaliyyət göstərir.