Ronaldo 1 milyonluq saatını göstərmək üçün dəridən-qabıqdan çıxdı - Fotolar

ronaldo-1-milyonluq-saatini-gostermek-ucun-deriden-qabiqdan-cixdi
Oxunma sayı: 7028

 “Yuventus”un portuqaliyalı oyunçusu Kriştiano Ronaldo “Mançester Yunayted”lə qarşılaşmadan əvvəl keçirdiyi mətbuat konfransı ilə gündəm olub.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Ronaldo sponsoru olan markalardan birinin qol saatını nümayiş etdirməkdən ötrü dəridən-qabıqdan çıxıb.

Tez-tez qolunu fotokameralar önünə tutan Ronaldo su içərkən belə saatı nümayiş etdirməyi unutmayıb. 424 əyar ağ almazdan hazırlanmış saatın qiyməti 1,3 milyon dollardır (“Franck Muller”).