Ronaldo 2 şüşə şəraba 31 min avro ödədi

ronaldo-2-suse-seraba-31-min-avro-odedi
Oxunma sayı: 2684

 Futbolçu Kriştiano Ronaldo nişanlısı Corcina Rodriqezlə birlikdə qızı Alana Martinanın ilk yaş gününü qeyd edib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Londonda restoranlardan birində əylənən cütlük 15 dəqiqəyə 2 şüşə şərab içib.

Ronaldo dünyanın ən bahalı şərabı hesab edilən “Richebourg Grand Cru”ya 20,628, 1982-ci il istehsalı olan “Pomerol Petrus”a 10,313 avro pul ödəyib.