Ronaldo 4-cü dəfə ata olacaq

ronaldo-4-cu-defe-ata-olacaq
Oxunma sayı: 650

Portuqaliyalı futbolçu Kriştianu Ronaldo sevgilisi Corcina Rodriqezin hamilə olduğu ilə bağlı xəbəri təsdiqləyib.

“Qafqazinfo” “Spletnik.ru”ya istinadən xəbər verir ki, 32 yaşlı futbolçu “El Mundo” nəşrinə açıqlamasında dördüncü dəfə ata olacağını bildirib.

“Yenidən ata olacağıma görə çox xoşbəxtəm”, - deyə Ronaldo söyləyib.

Xatırladaq ki, K. Ronaldonun 7 yaşlı oğlu (futbolçunun adını daşıyır), Mateo və Yeva adlı əkiz oğulları (bu ilin iyun ayında dünyaya gəliblər) var.