Ronaldo 4-cü qolla Portuqaliyanın xalını 4-ə yüksəltdi - Yenilənib + Video

ronaldo-4-cu-qolla-portuqaliyanin-xalini-4-e-yukseltdi
Oxunma sayı: 6691

Bu gün dünya çempionatında qrup mərhələsinin ikinci turunun oyunları davam edəcək.

“Qafqazinfo” xəbər verir ki, günün açılış matçında Portuqaliya Mərakeşlə üz-üzə gələcək. 

Kriştianu Ronaldonun lideri olduğu komanda ilk oyundakı çıxışını davam etdirməyə çalışacaq. 

Hazırda aktivində yalnız 1 xal olan prineylilər 3 xal qazanmaqla 1/8 final mərhələsinə yaxınlaşa bilər. 

Qarşılaşmanın start fiti Bakı vaxtilə saat 16:00-da veriləcək. 

DÇ-2018
B qrupu
16:00. Portuqaliya – Mərakeş 

***

Matç başladı

***

Ronaldo 4-cü dəqiqədə hesabı açır. Bununla da superulduz çempionatda 4-cü qolunu vurur.

*** 

İlk hissə Portuqaliyanın 1:0 hesablı üstünlüyü ilə başa çatır. 

***

İkinci hissə başladı

***

Oyun Portuqaliyanın 1:0 hesablı qələbəsi ilə başa çatdı. Ronaldonun vurduğu qolla aktivinə 3 xal yazan prineylilər qrupdakı xallarının sayını 4-ə çatdırıb.