Ronaldo çəkildiyi reklama görə lağa qoyuldu - Video

ronaldo-cekildiyi-reklama-gore-laga-qoyuldu
Oxunma sayı: 8713

Portuqaliyalı futbolçu Kriştiano Ronaldo çəkildiyi reklamla gülüş hədəfi olub.

“Qafqazinfo” xəbər verir ki, “Shopee” Sinqapur şirkətinin reklamında rol alan futbolçunun video-çarxı Tvitterdə paylaşıldıqdan sonra minlərlə lağlağı şərhlər yazılıb. Belə ki, kadrlarda Ronaldo cərimə zərbəsini yerinə yetirdikdən sonra qol sevinci yaşayır. Ancaq tribunalardakı azarkeşlərin səsi çıxmır və hamının başı smartfonuna qarışıb. Bu zaman hakim Ronaldoya brendin təsviri olan vərəqə göstərir. Bundan sonra əlinə smartfon alan Ronaldo brendin reklam musiqisi altında rəqs etməyə başlayıb.

İzləyicilər “Bu reklama görə Ronaldoya minimum milyard dollar qonorar veriblər”, “Olar Ronaldonu əsl gülüş hədəfinə çevirməyi bacardılar” və s. kimi şərhlər yazıblar.