Ronaldo da arıqlamaq istəyir

ronaldo-da-ariqlamaq-isteyir
Oxunma sayı: 649

“Qafqazinfo”nun İdman.com.az-a istinadən verdiyi məlumata görə, futbol həyatına nöqtəni qoyduqdan sonra da həddindən artıq kökəlmənin qarşısını ala bilməyən braziliyalı vətənində bir televiziya proqramına qatılaraq arıqlamağa qərar verib. Buna görə Ronaldo mütəxəssis nəzarəti altında güclü məşqlər edərək, artıq çəkidən xilas olmağa çalışacaq. Televiziya proqramının tamaşaçıları da Ronaldonun arıqlama prosesin hər gün izləyə biləcəklər.

Proqramdan əvvəl müxtəlif testlərdən keçən 36 yaşlı keçmiş futbolçu məqsədinin dekabr ayında gəlirin xeyriyyə təşkilatına veriləcək bir matça daha sağlam bir şəkildə çıxmaq olduğunu deyib. Özü ilə yanaşı, Zinəddin Zidannin də forma geyinəcəyi həmin matça qədər çəkisini azaltmaq istədiyini vurğulayan Ronaldo «Hər kəsin proqramı izləməsi sayəsində mən də üzərimdə bir təzyiq hiss edəcəyəm. Bu sayədə sağlamlığıma daha sürətli qovuşmağı ümid edirəm» söyləyib.
Xatırladaq ki, futbol həyatını ötən ilin fevralında başa vurmuş Ronaldo, çoxsaylı zədələr səbəbindən karyerasının bütün illərində öz yüksək istedadını göstərmək bilməyib və yaxşılaşmaq üçün qəbul etdiyi dərmanların hormonlu olması Ronaldonun gündən-günə çəki artırmasına səbəb olub.