Ronaldo da siyasətə qarışır

ronaldo-da-siyasete-qarisir
Oxunma sayı: 666

SalamNews-un Türkiyə mətbuatına istinadla verdiyi xəbərə görə, “Mavi Mərmərə” qurbanlarının vəkillərindən biri olan Cihad Gökdəmir, "Real Madrid"in ulduzu Ronaldo Türkiyəyə oyun üçün gələndə zərər çəkənləri də ziyarət etmək istədiyini bildirib:

"Ronaldo Qalatasaray ilə oynanacaq Çempionlar liqasının ¼ final qarşılaşması üçün İstanbula gələndə zərər çəkənlər da ziyarət etməyi planlaşdırır". C.Gökdəmir Ronaldonun Fələstin mövzusunda çox həssas olduğunu qeyd edərək muzeyə çevrilən gəmini də görmək istədiyini bildirib.

İHH İnsani Yardım Vəqfinin sədri Bülent Yıldırım da Ronaldonun zərərçəkmişlərlə görüşmək istədiyinə dair məlumat aldıqlarını bildirərək deyib: "Bu ziyarət bizi çox xoşbəxt edər, amma hələ bu barədə bizə müraciət edilməyib”.

Xatırladaq ki, Portuqaliyalı ulduz İsrailin bombaladığı Fələstin üçün 2011-ci ildə qazandığı qızıl butslarını auksionda satıb. Satışdan əldə edilən 1,5 milyon avro Real Madridin xeyriyyə işləri üçün təsis edilmiş fonda təhvil verilib. Bu pulla Qəzzədəki uşaqlar üçün məktəb tikilməsi planlaşdırılır.