Ronaldo FİFA-nın tədbirinə qatılmayacaq

ronaldo-fifa-nin-tedbirine-qatilmayacaq
Oxunma sayı: 2061

“Yuventus”un ulduzu Kriştianu Ronaldo FİFA-nın Londonda təşkil etdiyi mükafatlandırma mərasiminə getməyəcək.

“Qafqazinfo” xəbər verir ki, o, buna səbəb kimi komandanın oyunlarının sıx qrafikdə olmasını əsas gətirib.

Dünən İtaliya çempionatı çərçivəsində “Frozinone”yə qalib gələn Turin təmsilçisi 3 gün sonra “Bolonya” ilə qarşılaşacaq.