“Ronaldo ilə Messini müqayisə etmək lazım deyil, çünki...” - Sampaoli

ronaldo-ile-messini-muqayise-etmek-lazim-deyil-cunki
Oxunma sayı: 3289

Argentina millisinin baş məşqçisi Xorxe Sampaoli Xorvatiyaya 0:3 hesablı məğlubiyyətdən sonra jurnalistlər önünə çıxıb. “Qafqazinfo” xəbər verir ki, mütəxəssis məsuliyyətin ona aid olduğunu bildirib:

“Bu məğlubiyyətdə ən çox məsuliyyət mənim üzərimə düşür. Futbolçular meydanda əllərindən gələni etdilər. Sadəcə meydanda oyunçular arasındakı xətlərarası əlaqəni istədiyimiz səviyyəyə gətirə bilmədik. Xorvatiya möhtəşəm komandadır. Onlar hesabı açandan sonra emosional planda oyunumuzu tapa bilmədik”.

Sampaoli tənqidlərin Messinin tam istədiyi kimi oynamasına imkan vermədiyini deyib: “Səslənən fikirlər Messinin tam “açılmasına”, yaxşı oynamasına imkan vermədi”.

Məşqçi Ronaldo Messi müqayisəsinə də toxunub: "Ronaldo əla oyunçudur. Bunun üçün onun mükafatlarının siyahısına baxın. İndi onu Messi ilə müqayisə etmək lazım deyil. Çünki millidə Messinin unikallığı itir. Ola bilər ki, oyunçular da Messinin oyununa qoşulmağa hazır deyillər və ya qoşulmaq iqtidarında deyillər. Bu onların və mənim günahımdır".