Ronaldo - İspaniya - 3:3+Video

ronaldo-ispaniya
Oxunma sayı: 9425

Dünya çempionatında ilk turun oyunları davam edir. "Qafqazinfo" xəbər verir ki, bu gün daha bir qarşılaşma keçiriləcək. 

B qrupunun ikinci oyununda Portuqaliya və İspaniya üz-üzə gələcək. 

Matçın start fiti saat 22:00-da veriləcək. 

Dünya çempionatı, 2018

B qrupu

22:00. Portuqaliya - İspaniya

Qeyd edək ki, DÇ-nin startına bir gün qalmış İspaniyanın baş məşqçisi Julen Lopeteq qovulub.

***

Matç  başladı

*** 

Portuqaliya hesabı açır. Kriştianu Ronaldo 4-cü dəqiqədə penaltidən fərqlənir. 

***

Dieqo Koşta 24-cü dəqiqədə hesabı bərabərləşdirir.

***

Ronaldo ikinci dəfə Portuqaliyanı önə keçirir. 44-cü dəqiqədə o, ikinci dəfə fərqlənir. 

***

Portuqaliya fasiləyə 2:1 üstünlüklə yollanır

***

İkinci hissə başladı

***

Dieqo Kosta dubl edir. O, 55-ci dəqiqədə hesabı bərabərləşdirir.

***

Naço 58-ci dəqiqədə İspaniyanı önə keçirir: 2:3

***

88-ci dəqiqədə Ronaldo bərabərlik qolunu vurur. Matçda het-trik edir.

*** 

Matç 3:3 hesabı ilə başa çatır.