Ronaldo komandasına qələbə qazandırdı - Tarixə keçdi + Video

ronaldo-komandasina-qelebe-qazandirdi
Oxunma sayı: 3307

İtaliya A seriyasında 16-cı tura start verilib.

“Qafqazinfo” xəbər verir ki, lider “Yuventus” səfərdə “Torino”nu 1:0 hesabı ilə məğlub edib.

Matçda yeganə qolu 70-ci dəqiqədə Ronaldo penaltidən vurub.

Ronaldo bu qolu ilə həm də İtaliya A seriyasında tarixə keçib. Belə ki, həmin qol “Yuventus”un çempionatdakı 5000-ci qolu olub.

Turin təmsilçisi bu qələbə sayəsində xalını 45-ə yüksəldib və hazırda ən yaxın rəqibi “Napoli”ni 11 xal qabaqlayır.