Ronaldo mərcə girdi

Ronaldo mərcə girdi
Oxunma sayı: 1531

“Real Madrid”in portuqaliyalı ulduzu Kriştianu Ronaldo iddialı açıqlama verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 11 turu geridə qalan La Liqada sadəcə 1 qol vura bilən Ronaldo, mövsüm sonunda qol kralı olacağını deyib.

O, bununla bağlı komanda yoldaşları ilə mərcə girib.

Ötən il 29 matçda 25 qol vuran hücumçu, yenə eyni uğuru təkrarlayacağına inandığını bildirib.

Qeyd edək ki, hazırda İspaniya çempionatının bombardirlər siyahısına 12 qolla Lionel Messi başçılıq edir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi