Ronaldo meydandan qovulduğu üçün ağladı - Fotolar + Video

ronaldo-meydandan-qovuldugu-ucun-agladi
Oxunma sayı: 10387

Çempionlar Liqasının qrup mərhələsinin 1-ci tur matçında Kriştiano Ronaldo qırmızı vərəqə alıb.

“Qafqazinfo” xəbər verir ki, “Yuventus”un hücumçusu “Valensiya” ilə səfər matçının 29-cu dəqiqəsində meydandan qovulub.

Portuqaliyalı ulduzun “Valensiya”nın müdafiəçisi ilə topsuz bölgədə mübarizəsi zamanı rəqib yerə yıxılıb. O, rəqibin saçını dartıb. Bu hərəkət isə baş hakim Feliks Brixin gözündən qaçmayıb və Ronaldonu qırmızı vərəqə ilə cəzalandırıb.

Ronaldo meydanı göz yaşları içərisində tərk edib. 

Qeyd edək ki, “Yuventus” 10 nəfər qalmasına baxmayaraq 45-ci dəqiqədə Pyanişin penalti qolu ilə ilk hissəni öndə başa vurub.