Ronaldo Modriçi təbrik edib

ronaldo-modrici-tebrik-edib
Oxunma sayı: 3468

Madrid “Real”ının və Xorvatiya millisinin yarımmüdafiəçisi Luka Modriç “Yuventus”un hücumçusu Kriştiano Ronaldo ilə münasibətlərinin yaxşı olduğunu bildirib.

“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, Modriç mövsümün ən yaxşı oyunçusu seçilməsi münasibətilə Ronaldonun onu təbrik etdiyini deyib:

“Mənim onunla münasibətim yaxşıdır. Biz UEFA versiyası üzrə mənim mövsümün ən yaxşı futbolçusu elan edilməyimdən sonra danışdıq. Ronaldo mənə təbrik mesajı da göndərdi. Yaxın zamanlarda görüşəcəyimizə ümid etdiyini yazırdı”.