Ronaldo Portuqaliya millisinə qayıdır

Ronaldo Portuqaliya millisinə qayıdır
Oxunma sayı: 832

Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş 2020-ci ildə Avropa Çempionatının seçmə mərhələsində Ukrayna və Serbiya ilə qarşılaşmada komanda heyətini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, matçların əsas hadisəsi “Yuventus”un forvardı Kriştiano Ronaldonun Portuqaliya millisində çıxış etməsi olacaq.

Santuş millinin tərkibini belə açıqlayıb:

Qapıçılar: Betu, Sa, Patrisiu

Müdafiəçilər: Kanselu, Semedu, Fonte, Pepe, Diaş, Ruy, Qerreyro

Yarımmüdafiəçilər: Pereyra, Neveş, Karvalyu, Fernandeş, Mariu, Matinyo, Pitsi

Hücumçular: Silva (“Mançester Siti”), Qedeş, Silva (“Benfika”), Silva (“Sevilya”), Ronaldo, Jota, Souza, Feliş.

Portuqaliya-Ukrayna qarşılaşması martın 22-də Lissabonda olacaq. 3 gün sonra isə portuqaliyalılar serblərlə qarşılaşacaq.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi