“Ronaldo şərab kimidir, yaşı artdıqca yaxşılaşır”

ronaldo-serab-kimidir-yasi-artdiqca-yaxsilasir
Oxunma sayı: 1828

Portuqaliya millisinin baş məşqçisi Fernandu Santuş dünya çempionatının ikinci turunda Mərakeş üzərində 1:0 hesablı qələbəni şərh edib.

"Qafqazinfo" xəbər verir ki, oyundan sonra jurnalistlərə danışan mütəxəssis Kriştianu Ronaldonun çıxışından da söz açıb:

"Ronaldo bu gün özünün idela formasında oynamadı. Lakin vəziyyətdən çıxdıq. Kriştianu bir şəraba bənzəyir, yaşı artdıqca yaxşılaşır. Digər oyunçulardan fərqli olaraq daim inkişaf edir. Bu gün 3-4 il əvvəlkindən daha yaxşı hərəkətlər edir. Amma o, 3 il sonra bu gün etdiklərini edə bilməyəcək".

Qeyd edək ki, Portuqaliya dünya çempionatında 2 oyundan sonra 4 xalla liderdir.