Ronaldo yeni müqavilə barədə qərarını açıqladı

ronaldo-yeni-muqavile-barede-qerarini-aciqladi
Oxunma sayı: 2389

“Real Madrid”in portuqaliyalı ulduzu Kriştianu Ronaldo gələcək karyerası barədə danışıb.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu “Kral klubu” ilə yeni müqavilə imzalamayacağını açıqlayıb.

O, son oyunlarda əldə edilən uğursuz nəticələrdən sonra klubun transfer siyasətini də tənqid edib:

“Pepe, Morata, Xames kimi oyunçular getdi, yerlərinə isə təcrübəsizlər gəldi”.

Qeyd edək ki, 2009-cu ildən “Real Madrid”də oynayan Ronaldonun bu klubla müqaviləsi 2021-ci ildə bitəcək.