Ronaldo “Yuventus”a kubok qazandırdı - Fotolar + Video

ronaldo-yuventusa-kubok-qazandirdi
Oxunma sayı: 3300

İtaliya Superkuboku uğrunda matçda “Yuventus” və “Milan” qarşılaşıb.

“Qafqazinfo” xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərində keçirilən matçın taleyini 1 qol həll edib.

61-ci dəqiqədə Kriştiano Ronaldonun vurduğu qol “Yuventus”a kubok qazandırıb.

Qeyd edək ki, “Yuventus” ötən mövsüm həm İtaliya çempionatının, həm də ölkə kubokunun qalibi olub. Qaydalara əsasən Superkubok uğrunda matçda kubokun finalçısı “Milan”la qarşılaşıb.