Ronaldodan 14,7 milyon dollarlıq etiraf

ronaldodan-147-milyon-dollarliq-etiraf
Oxunma sayı: 2094

“Real” və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldo dünya çempionatına kimi vergidən yayınması ilə əlaqədar açılan işləri həll etmək niyyətindədir.

“Qafqazinfo” Goal-a istinadən xəbər verir ki, ulduz futbolçu 14,7 milyon avro cərimə ödəməyə hazırdır.

O, vəkili vasitəsilə məhkəməyə göndərdiyi məktubda vergi qanunvericiliyinin 4 bəndini pozduğunu etiraf edib.

Qeyd edək ki, Ronaldo ilk dəfə 2017-ci il 31 iyulda məhkəmədə ifadə vermişdi. Dövlət ittihamçısı onun 14,7 milyon avro cərimə ödəməsini tələb etmişdi.

Vergi orqanları isə hesab edir ki, ödəniş 25,7 milyon avro olmalıdır. Hücumçu ilk öncə 3,8 milyon avro ödəməyi təklif etsə də, rədd cavabı almışdı.