Ronaldodan arakanlı uşaqlara dəstək - Foto

ronaldodan-arakanli-usaqlara-destek
Oxunma sayı: 2315

“Real Madrid”in portuqaliyalı ulduzu Kriştiano Ronaldo sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.

“Qafqazinfo” xəbər verir ki, futbolçu sosial media hesablarında Myanmanın Arakan vilayətindən olan rohinyalı qaçqın uşaqlarla bağlı paylaşım edib.

“Dünyanın bütün uşaqlarına sülh və sevgi. Zəhmət olmasa kömək edin”,- sözlərini yazaraq insanların diqqətini rohinyalı müsəlman uşaqlara çəkməyə çalışıb.

Bundan əvvəl isə Ronaldo suriyalı uşaqlara dəstək üçün paylaşım etmişdi.