Ronaldodan növbəti insanlıq dərsi

ronaldodan-novbeti-insanliq-dersi
Oxunma sayı: 6163

Portuqaliya millisinin və İspaniyanın “Real Madrid” klubunun hücumçusu Kriştiano Ronaldo növbəti xeyirxah addımı ilə azarkeşlərini sevindirib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, forvardın ölkəsində baş vermiş yanğın zamanı xəsarət alan 300-dən çox şəxsin müalicə xərclərini ödədiyi məlum olub.

Futbolçunun bacısı Katya Aveyru “Facebook” hesabında bu barədə yayılan xəbərləri təsdiqləyib.

Qeyd edək ki, Portuqaliyanın Pedroqau Qrande regionunda baş vermiş yanğın nəticəsində 62 nəfər həlak olub və xeyli sayda insan xəsarət alıb.