Ronaldodan sonra Messi ikinci oldu - Video

Ronaldodan sonra Messi ikinci oldu
Oxunma sayı: 1703

Ötən axşam Çempionlar Liqasının qrup mərhələsinin III turunun oyunlarına yekun vurulub.

“Qafqazinfo” xəbər verir ki, “Barselona” Yunanıstanın “Olimpiakos” klubunu qəbul edib. Ev sahibi komanda 3-1 hesabı ilə qalib gəlib.

Qarşılaşmanın 61-ci dəqiqəsində Messi avrokuboklarda 100-ü qolunu vurub.

O, qolların 97-ni Çempionlar Liqasında, 3-ü  isə UEFA Superkuboku çərçivəsində rəqiblərin qapısından keçirib.

Qeyd edək ki, Çempionlar Liqası tarixində ən çox qol vuran futbolçu “Real Madrid”in portuqaliyalı hücumçusu Kriştianu Ronaldodur. Onun aktivində 110 qol var, Messi 97 qolla ikinci yerdədir.


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi