Ronaldonun gözü puldan doymur

ronaldonun-gozu-puldan-doymur
Oxunma sayı: 642

“Qafqazinfo”nun xarici mətbuata istinadən verdiyi xəbərə görə, Ronaldo Rusiyanın “Anji” klubunun şərəfini qoruyan Samuel Eto’Onun ildə 20 milyon avro əməkhaqqı aldığını öyrəndikdən sonra bu addımı atıb. Hazırda “Real”dan 13 milyon avro qazanan 26 yaşlı forvard müqaviləsindəki bir bəndi əsas gətirərək məvacibinin 20 milyon avrodan çox olmasını istəyir. Belə ki, 2009-cu ildə “Real”a gələn Ronaldonun 6 illik müqaviləsində “Dünyanın ən çox əməkhaqqı alan futbolçusu olması” bəndi var.

Ceyhun Əhmədov