Ronaldonun lüks tətili - Fotolar

ronaldonun-luks-tetili
Oxunma sayı: 5106

Portuqaliya millisinin və “Yuventus”un ulduz futbolçusu Kriştiano Ronaldo tətildədir.

“Qafqazinfo” xəbər verir ki, təcrübəli hücumçu tətil üçün ailəsi ilə birlikdə Yunanıstana üz tutub.

O, bunun üçün həftəsi 200 min dollar olan yaxta da kirayələyib. Dəbdəbəli yaxta 46 kv. metrdir və 6 yataq otağı var. Bundan başqa yaxtada film və idman otağı da yerləşir.

Qeyd edək ki, sevgilisi Kristina Rodrigezlə istirahətə yollanan Ronaldo kirayəsi 56 min dollar olan villada qalır.