“Rosqvardiya”nın leytenantı 4 hərbçi yoldaşını güllələdi

rosqvardiyanin-leytenanti-4-herbci-yoldasini-gulleledi
Oxunma sayı: 1163

Çeçenistanda silahlı insident qeydə alınıb.

“Qafqazinfo”nun “Tass.ru”ya istinadən verdiyi məlumata görə, Rusiya Milli Qvardiyasının (“Rosqvardiya”) baş leytenantı 4 xidmət yoldaşını güllələyərək öldürüb.

İnsident yerli vaxtla saat 16:00-da hərbi hissələrdən birində baş verib. 

Hadisəni törədən şəxs zərərsizləşdirilib.

Faktla bağlı cinayət işi açılıb.

İnsidentin baş vermə səbəbləri araşdırılır.