Rostropoviç festivalının açılışı oldu - Fotolar

rostropovic-festivalinin-acilisi-oldu
Oxunma sayı: 653

Aprelin 23-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında IX Beynəlxalq Mstislav Rostropoviç Festivalının açılışı olub. Festival Heydər Əliyev Fondu, Mstislav Rostropoviç Fondu və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

“Qafqazinfo” xəbər verir ki, festival Azərbaycan Prezidentinin “Mstislav Rostropoviçin 90 illik yubileyinin keçirilməsi haqqında” müvafiq Sərəncamına əsasən təşkil olunub.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edərək bu günün həm ölkəmiz, həm də musiqi ictimaiyyəti üçün əlamətdar olduğunu söyləyib. Festivalın artıq doqquzuncu dəfə keçirildiyini vurğulayan nazir bu musiqi bayramını Azərbaycanın mədəni həyatında ən vacib tədbirlərdən biri kimi qiymətləndirib.

Ə.Qarayev bildirib ki, M.Rostropoviç 2006-cı ildə Bakıda keçirilən klassik musiqi festivalı olan Şostakoviç festivalının yaradıcısıdır.
Nazir Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən keçirilən festivalın əhəmiyyətini yüksək qiymətləndirib və festival günlərində bir-birindən maraqlı silsilə tədbirlərin, konsert proqramlarının təşkil ediləcəyini söyləyib. Ə.Qarayev Beynəlxalq Mstislav Rostropoviç Festivalının Heydər Əliyev Fondunun, xüsusən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın dəstəyi ilə keçirildiyini bildirib.

Festivalın gözəl musiqi bayramı olacağına əminliyini ifadə edən mədəniyyət və turizm naziri iştirakçı musiqi kollektivlərinə təşəkkürünü bildirib.