Rövnəq Abdullayev daha bir xarici şirkətin səhmlərini aldı

rovneq-abdullayev-daha-bir-xarici-sirketin-sehmlerini-aldi
Oxunma sayı: 1799


"Qafqazinfo" SOCAR-ın rəsmi saytına istinadən xəbər verir ki, SOCAR və HRADF-ın məşvərətçi qrupları hazırda sazişin son texniki məsələləri üzərində işləyirlər.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, DESFA-nın satın alınması haqqında qərar Yunanıstan və Azərbaycan arasında mövcud olan yüksək səviyyəli ikitərəfli münasibətlərin, həmçinin SOCAR və Yunanıstanın aparıcı enerji şirkətləri arasında əlaqələrin təzahürüdür. Xəzər regionunda təbii qaz kəmərləri sisteminin istismarı sahəsində böyük təcrübə qazanmış SOCAR Avropa İttifaqı ölkələrində bu tipli ilk layihədə Yunanıstanda fəaliyyətə başlamaq əzmindədir. SOCAR Yunanıstanda əməkdaşlığın gələcəyinə nikbin baxır.”