Rövnəq Abdullayev FIFA-nın vitse-prezidenti ilə görüşdü

rovneq-abdullayev-fifa-nin-vitse-prezidenti-ile-gorusdu
Oxunma sayı: 633

“Qafqazinfo” AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşdə ölkəmizdə futbolun inkişafı, qadın futbolunun yüksək səviyyəyə çatdırılması, infrastruktur layihələrinin həyata keçirilməsi, FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012 ilə bağlı məsələlər müzakirə olunub. AFFA prezidenti qonağa respublikamızda bu istiqamətdə görülən işlər barədə ətraflı məlumat verib. İ.Hayatou səfərdə oduğu müddət ərzində qeyd olunan məsələlərlə yaxından maraqlandığını və həyata keçirilmiş tədbirlərdən, xüsusilə FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin təşkilatçılığından razı qaldığını bildirib.

Qeyd edək ki, görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak ediblər.