Rövnəq Abdullayev Foqtsun qarşısına tələb qoydu

rovneq-abdullayev-foqtsun-qarsisina-teleb-qoydu
Oxunma sayı: 661

Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövnəq Abdullayev “Aeroport otel”də Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqtsla görüş keçirib. AFFA-nın mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Berti Foqts Avro-2012-nin seçmə mərhələsi çərçivəsində dünən keçirilmiş Qazaxıstan – Azərbaycan oyunu ilə bağlı hesabat verib.

Sonra AFFA-nın rəhbərliyi komandanın üzvləri ilə görüşərək millinin oyunundan və nəticədən narazılığını bildirib, qarşıdakı oyunlarda komandanın qarşısına konkret vəzifələr qoyub.