Rövnəq Abdullayev kəşfiyyatqabağı saziş imzaladı

rovneq-abdullayev-kesfiyyatqabagi-sazis-imzaladi
Oxunma sayı: 641

ARDNŞ-dən “Qafqazinfo”ya verilən məlumata görə, R. Abdullayev “ConocoPhilips” şirkətinin Azərbaycan müstəqillik qazandıqdan sonra ölkəmizdə fəaliyyətə başlamış ilk nüfuzlu neft şirkətlərindən olduğunu bildirib. O, “ConocoPhilips”in Azərbaycan neftinin dünya bazarlarına çıxarılmasında mühüm əhəmiyyətə malik Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərinin payçılarından olduğunu xatırladıb və bu layihənin son illər qazandığı uğurlardan bəhs edib. Qısa müddətdə respublikada şaxələndirilmiş ixrac neft və qaz kəmərləri sistemi yaradıldığını xüsusi vurğulayan R. Abdullayev daha sonra Azərbaycanda həyata keçirilən regional və qlobal miqyaslı enerji layihələri çərçivəsində əldə edilən digər nailiyyətlər haqqında da qonaqlara ətraflı məlumat verib.
“ConocoPhilips” şirkətinin birinci vitse-prezidenti Larry Archibald təmsil etdiyi şirkətin beynəlxalq aləmdə böyük nüfuza malik olduğunu, xüsusilə dərin sulu və yüksək təzyiqli ərazilərdə zəngin iş təcrübəsi topladığını nəzərə çatdırıb. ARDNŞ prezidenti qarşıdakı illərdə iki şirkət arasında əməkdaşlıq əlaqələrinin daha da genişlənəcəyinə inandığını söyləyib və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sonda Rövnəq Abdullayev və Larry Archibald ARDNŞ və “ConocoPhilips Exploration Azerbaijan LTD” şirkəti arasında “Azərbaycan Respublikasının ərazisində quruda kəşfiyyatqabağı fəaliyyətə dair birgə tədqiqat Sazişi”ni imzalayıblar.

Nigar Məmmədli