Rövnəq Abdullayev medalları qaliblərə təqdim etdi - Fotolar

Rövnəq Abdullayev medalları qaliblərə təqdim etdi
Oxunma sayı: 3703

Bakıda keçirilən cüdo üzrə dünya çempionatında üçüncü günün qalibləri müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, kişilər arasında 73 kiloqram çəki dərəcəsində qələbəni koreyalı cüdoçu Çanqrim An qazanıb. O, yaponiyalı Soiçi Haşimotonu məğlub edib. 
Azərbaycanı təmsil edən Hidayət Heydərov isə Monqolustan idmançısı Tsoqtbaatar Tsend-Oçirə qalib gələrək bürünc medal qazanıb.

Qaliblərə medalları Azərbaycan Cüdo Federasiyasının prezidenti, Beynəlxalq Cüdo Federasiyasının İcraiyyə Komitəsinin üzvü Rövnəq Abdullayev təqdim edib.

Foto: Pərvin Zeynal 







Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi