Rövnəq Abdullayev qazımızdan danışdı

rovneq-abdullayev-qazimizdan-danisdi
Oxunma sayı: 828



"SalamNews" xəbər verir ki, bunu Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bu gün Bakıda "bp"nin təşkil etdiyi mətbuat konfransında deyib.

O deyib ki, marşurut seçimi tariximizdə ilk dəfə Azərbaycan qazının Avropaya nəql olunması istəyimizi təsdiq edir: "Şahdəniz" layihəsi Avropa Komissiyası ilə birlikdə Bolqarıstana qaz nəqlinin alternativ variantları üzərində işləyir. Avropa Komissiyası Avropada qaz şəbəkələrinin qurulmasına yardım edəcək və birləşdirici kəmərlərin dəstəklənməsinə üstünlük verir. Bu birləşdirici kəmərlər gələcək üçün hasilatın təməlini qoyur. Azərbaycan zəngin qaz ehtiyyatlarına malikdir. Biz bu gün mövcud imkanları nəzərə almaqla ikinci qaz dalğasını da aydın görürük. İnanırıq ki, "Şahdəniz"dən əlavə yeni yataqların işlənməsi Azərbaycanın qaz ixracını kəskin artıracaq. Trans-Adriatik layihəsinin potensial genişlənməsi, eləcə də Macarıstan, Bolqarıstan, Rumuniya ərazisindən ikinci marşurutun açılması ilə Avropaya qaz ixracatının artımının şahidi olacağıq."