Rövnəq Abdullayev Rusiyada danışıqlarda

rovneq-abdullayev-rusiyada-danisiqlarda
Oxunma sayı: 659

Avqustun 21-də Sankt-Peterburq şəhərində SOCAR prezidenti Rövnəq Abdullayevin “Qazprom” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Aleksey Millerlə, sonra isə “Rosneft” şirkətinin baş icraçı direktoru İqor Seçinlə görüşləri olub.

ARDNŞ-dan “Qafqazinfo”ya verilən məlumata görə, görüşlər zamanı SOCAR ilə “Qazprom” və “Rosneft” şirkətləri arasında qarşılıqlı əməkdaşlığın gələcək inkişaf məsələləri müzakirə edilib, ətraflı fikir mübadilələri aparılıb.