Rövnəq Abdullayev sabah Qurban Qurbanov və Elmar Məmmədyarovla görüşəcək

Rövnəq Abdullayev sabah Qurban Qurbanov və Elmar Məmmədyarovla görüşəcək
Oxunma sayı: 2044

Oktyabrın 5-i saat 18:00-da Bakı Olimpiya Stadionunda AFFA-nın İcraiyyə Komitəsinin iclası keçiriləcək. 

“Qafqazinfo” xəbər verir ki, iclasın Gündəliyinə aşağıdakı məsələlər daxil edilib:  

1. “Region Liqası”nın Əsasnaməsinin layihəsinin müzakirəsi

2. 2017-18-ci il mövsümündə UEFA və Premyer Liqa yarışlarında iştirak etmək üçün tətbiq olunacaq Lisenziyalaşdırma Qaydalarında (Buraxılış 2017) dəyişikliklərlə bağlı təkliflər

3. Digər məsələlər

Qeyd edək ki, İcraiyyə Komitəsinin üzvləri Qurban Qurbanov, Elmar Məmmədyarov, Zaur Axundov, Elşad Nəsirov, Rauf Əliyev, Vaqif Sadıqov, Mahir Məmmədov, Firudin Qurbanov, İsgəndər Cavadov və Kazbek Tuayevdir.  Komitəyə Rövnəq Abdullayev rəhbərlik edir. 

 


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi