Rövnəq Abdullayev yeni binalara qazın verilməməsindən danışdı

rovneq-abdullayev-yeni-binalara-qazin-verilmemesinden-danisdi
Oxunma sayı: 1252


“Qafqazinfo” xəbər verir ki, parlamentin bugünkü iclasında çıxış edən ARDNŞ prezidenti Rövnəq Abdullayev qeyd edib ki, Bakı şəhərində çoxlu binalar tikilir: 

“Amma ən böyük məsələ odur ki, layihələrdə olan problemlərə görə bu binalar komissiyalara təhvil verilə bilər. MTK-lar evləri satırlar, insanlar su və işıq veriləndən sonra ora köçürlər. Amma belə binalara qazın verilməsi mümkün deyil. “Azəriqaz” istehsalat Birliyi elan edir ki, hansı bina Fövqəladə Hallar Nazirliyinin lisenziyasını alır, təhvil aktına qol çəkilirsə, o bina bir həftə ərzində qazlaşdırılır. Əgər hansısa binada təhlüksəzilik qaydalarına əməl olunmayıbsa, ora qaz veilməyəcək. Sakinlər də ilk olaraq MTK-dan hesab istəməlidirlər”. 

Günel